Millimizin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu AEK-in (Yunanıstan) qonağı olub. Mahir Emrelinin sona qədər ehtiyatda qaldığı görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.
AEK pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək. “Dinamo” isə Avropa Liqasının pley-offunda “Sparta”ya (Çexiya) rəqib olub.

