08 İyul 2026
Ölkə futbolu

“Qarabağ” yeni qapıçısını açıqladı 

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, A0dam təmsilçisi Rusiya millisinin üzvü Andrey Lunyovla 1+1 illik müqavilə imzalayıb.

Təcrübəli qapıçı Rusiyada “Torpedo”, “Saturn”, “Ufa” və “Zenit” kimi komandalarda çıxış edib. Onun son klubu Almaniya Bundesliqa təmsilçisi “Bayer” (Leverkuzen) olub.

Andrey Lunyov komandada 99 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43