09 İyul 2026
Dünya futbolu

Mahir Emreli baş məşqçisiz qaldı

Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası baş məşqçi İqor Bişçanla yollarını ayırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

İqor Bişçan bu ilin aprelində Zaqreb təmsilçisinin sükanı arxasına keçmişdi.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də “Dinamo” komandasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43