11 İyul 2026
Dünya futbolu

16 yaşlı oyunçu İspaniya millisinə dəvət ala bilər

16 yaşlı Lamine Yamal sentyabr ayında keçirələcək oyunlar üçün İspaniya yığmasına çağırılacaq.

İdmanxeber.az-ın məlumatına görə, bununla gənc futbolçunun Mərakeş və Qvineyanı təmsil etmək hüququ olsa da, İspaniyada oynaması təmin ediləcək.

Lamine Yamal ötən həftəsonu “Barselona”nın heyətində debüt edərək, Katalon klubunun tarixində La Liqada oynayan ən gənc oyunçu oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43