“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində sabah Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, oyundan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüş barədə fikirlərini bildirib:
“Olimpiya” ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq. “Olimpiya” yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik”.
Xatırladaq ki, “Olimpiya” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək

