“Mançester Siti” Mateus Nunyes üçün “Vulverhampton”a 50 milyon avro təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in yarımmüdafiə xətti üçün əsas iki namizədi Nunyes və Ebereçi Ezedir.
24 yaşlı portuqaliyalı ötən mövsüm 45 milyon avroya “Vulverhampton”a transfer olunub. O, burada 40 oyuna çıxıb və 1 qol vurmağı bacarıb.

