12 İyul 2026
Dünya futbolu

Dünya çempionu Super Liqa klubunda

“Konyaspor” 2018-ci ildə Fransa ilə dünya çempionu olan Stiven Nzonzi razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı təcrübəli yarımmüdafiəçinin bu axşam Konyada olacağı gözlənilir.

Anadolu təmsilçisi 1 ay əvvəl bir başqa fransalı yarımmüdafiəçi Morqan Şnayderlinlə sözləşmə imzalasa da,10 gün sonra tərəflər qarşılıqlı razılaşma ilə müqaviləyə xitam veriblər.

Nzonzi daha öncə Türkiyədə yarım mövsüm “Qalatasaray”da da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43