13 İyul 2026
Dünyadan

Bakı səfəri öncəsi “Olimpiya”nın problemləri çoxaldı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Olimpiya” cavab matçına ciddi itkilərlər çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Lyublyana təmsilçisinin heyətində David Sualehe 90+5-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan uzaqlaşdırılıb və Bakı səfəri öncəsi cəzalı duruma düşüb.

Komandanın digər bir üzvü – Svit Seşlar isə Türkiyənin “Eyüpspor” klubuna tranfer olunub. O, ötən gün “Qarabağ”la matçda 72 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Qarabağ” “Olimpiya”nı səfərdə 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda baş tutacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43