“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərinin bəzilərinin adına aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, əgər “köhlən atlar” “Olimpiya” səddini keçə bilsə, böyük ehtimal 3-cü səbətdə yer alacaq. Artıq 1-ci səbətin 8 komandasında 6-sı bəllidi. Belə ki, “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Roma”, “Atalanta” (hər ikisi İtaliya), “Vilyareal” (İspaniya) və “Bayer Leverkuzen” (Almaniya) güclülər səbətində yer alıb. AL-in pley-off matçının ilk görüşündə sərfəli nəticə qazanan “Ayaks” (Niderland) və “Dinamo” (Xorvatiya) da cavab oyununda sensassiyaya imza atmasalar, o zaman bu komandalar da ilk səbətdə yer alacaq. Belə olacağı halda, yuxarıdakı komandalardan biri “Qarabağ”ın mərhələ keçəcəyi təqdirdə qrupdakı rəqiblərindən olacaq.
Bundan başqa, səbəti qeyri-müəyyən qalan “Renn” (Fransa), “Betis” (İspaniya), “Marsel” (Fransa) və “Sportinq” (Portuqaliya) komandalarından birinin “Qarabağ”la eyni qrupa düşmək şansı var.
Sonuncu – 4-cü səbətin 8 komandasından 2-si müəyyəndi. Bunlar, İsveçrənin “Servet”, Serbiyanın “Baçka Topala” kollektividi.

