16 İyul 2026
Dünya futbolu

Vinisiusun son durumu açıqlandı

“Real”ın cinah oyunçusu Vinisius Junior zədə səbəbindən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı braziliyalıya ayaq əzələsinin fibrilyar yırtığı diaqnozu qoyulub. Vinisius İspaniya La Liqasının 3-cü turunda “Selta” ilə oyunda (1:0) zədələnib.

O, meydana start heyətində çıxıb və artıq 18-ci dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43