Türkiyənin “Adana Demirspor” klubu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə anlaşıb.
İdmanxeber.az “Fotomac” nəşrinə istinadən xəbər verir ki, Adana klubu təcrübəli qolkiperlə 2+1 illik müqavilə bağlayıb. Bildirilir ki, Türkiyə təmsilçisi oyunçuya qarşılıq Ağdam klubuna təzminat ödəməyəcək.
Transferin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir. Şahruddin Türkiyədə yerli statusu ilə forma geyinəcək.

