İngiltərənin “Everton” klubunun futbolçusu Demarey Qrey “Əl-İttifaq”a transfer olunur.
İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi bu transferdən 10 milyon avro qazanacaq. Səudiyyə Ərəbistan klubu 27 yaşlı vinger ilə 4 illik müqavilə imzalayır.
Qrey 2 mövsümdür çıxış etdiyi ”Everton”da 75 oyuna 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

