“Neftçi”nin yeni transferi Reziuan Mirzovun meneceri Aleksandr Klyuev müştərisinin Azərbaycan klubuna keçidinə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, o, rusiyalı yarımmüdafiəçinin “Neftçi”yə keçməsinin səbəblərini izah edib:
“Reziuana ən böyük marağı “Neftçi” göstərdi. Bu klub ənənələri olan yaxşı klubdur. Üstəlik, çempionluq, avrokuboklarlar uğrunda mübarizə aparırlar. Komandanın yaxşı infrastrukturu və futbol oynamaq üçün şəraiti var”.
Qeyd edək ki, son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.

