13 İyul 2026
Dünya futbolu

“Qalatasaray” norveçli futbolçunu satdı

“Qalatasaray” futbolçusu Fredrik Midtsyönü Super Liqanın digər təmsilçisi “Pendikspor”a satıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Norveçli yarımmüdafiəçinin keçidi üçün “Pendikspor” “Qalatasaray”a 3 milyon avro ödəyib.

Qeyd edək ki, “Qalatasaray” Fredrik Midtsyönü ötən ilin yayında “AZ Alkmar”dan transfer etmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43