“Neftçi”nin argentinalı hücumçu Lukas Melanoya qarşılıq ödədiyi təzminat bəlli olub.
İdmanxeber.az “semanariodejunin.com.ar” saytına istinadən xəbər verir ki, Bakı klubu Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində 50 min dollar verib.
Qeyd edək ki, yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək Lukas Melanonun daha sonra rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

