AVRO-2024-ün seçmə mərhələsinin Türkiyə – Ermənistan matçından öncə məlum qadağadan sonra bir azarkeş Azərbaycan bayrağı ilə stadiona girmək istəyib.
İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər üzərində axtarış aparan polis bir fanatın üzərində Azərbaycan bayrağını aşkar edib. Türkiyə polisi həmin bayrağı azarkeşdən alıb, səliqəli şəkilə qatlayaraq öpüb və alnının üzərinə qoyub.

