09 İyul 2026
Ölkə futbolu

Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirildi

DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

İdmanxeber.az-ın məlumatına görə, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43