09 İyul 2026
Ölkə futbolu

İFFHS reytinqi: “Qarabağ” Avropa nəhənglərini geridə qoydu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 405 komandanın yer aldığı siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. Son ölkə çempionu “Qarabağ”ın mövqeyində dəyişiklik baş verib.

Belə ki, Ağdam təmsilçisi 79-cu pillədən 64-cü yerə yüksəlib. “Köhlən atlar”ın aktivində 144,5 xal var. Bu göstərici ilə “Qarabağ”  “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klubları qabaqlayıb.

“Sabah” daha böyük sıçrayışla diqqət çəkib. Murad Musayevin yetirmələri 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıblar. Bakılılar 64,5 xala malikdirlər.

Əvəzində “Neftçi”də geriləmə müşahidə edilib. Hesabında 62,75 xal olan “ağ-qaralar” 298-ci yeri 311-ci pilləyə dəyişiblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (312 xal) başçılıq edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43