Azərbaycan Birinci Liqasının ilk turu çərçivəsində Yevlaxda keçirilən “Karvan” – “Mingəçevir” matçında dava düşüb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Karvan”ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.
Görüş Yevlax təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.