“Zirə”ni təbrik edirəm. Rəqibin azlıqda qalmağı kənardan rahat görünə bilər. Üstünlüyümüz var idi. Amma bundan yararlanmaq çətin idi. Rəqib 10 nəfərlə qaldığı üçün qapanır. Belə olan halda maksimum 2-3 qol vəziyyəti yaratmaq olur”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Zirə” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“İki dənə yüz faizli qol epizodu yaratdıq. Bunları qola çevirə bilmədik və nəticədə buradan xalla dönə bilmədik. İndi düşünürəm ki, kaş rəqib azlıqda qalmazdı. “Zirə” 11 nəfərlə olsaydı, bəlkə də başqa cür oyun gedərdi. Futbolçular bacardıqlarını etdilər. Düzdür, bir az artığını etmək lazım idi. Hələ mövsümün əvvəlidir. Bu gün yenə gələn futbolçular oynayırdı. Onlara bir az vaxt lazımdır. Ümumi olaraq pis oynamırdıq. Oyuna nəzarəti ələ keçirmişdik. Məni məyus edən məqam odur ki, ən azı bir qol vura bilərdik”.