DÇ-2024-ün elit mərhələsində Bakıda Niderland yığması ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
İdmanxeber.az-ın məlumatına görə, İsa Atayev heyətdən kənarlaşdırılıb.
Onun əvəzinə Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edən Maneka düşərgəyə cəlb olunub.
Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan – Niderland görüşü saat 18:30-da başlayacaq. Komanda daha əvvəl səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub.