29 Noyabr 2024
Ölkə futbolu

“Araz-Naxçıvan” Fransanın yığmasının sabiq futbolçusunu transfer etdi

“Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusu Aksel Nqandonu transfer edib.

İdmanxeber.az-ın məlumata görə, Fransa vətəndaşı olan oyunçu artıq Bakıdadır.

Tibbi müayinədən keçən yarımmüdafiəçi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Onun son klubu Fransada “Qrenobl” olub.

Qeyd edək ki, 30 yaşlı hücumameyilli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, klub karyerasında ölkəsində “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində gücünü sınayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43