15 İyul 2026
Dünya futbolu

Azəbaycanlı futbolçunun komandası liderliyi ələ keçirdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, sözügedən komanda 5-ci tur çərçivəsində doğma meydanda “Laçi” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyunda 2:1 hesabı qələbəyə sevinib. İsgəndərli oyuna start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

“Eqnatiya” hazırda 10 xalla 1-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43