16 İyul 2026
Ölkə futbolu

Gəncədə tikiləcək yeni stadion bu tarixdə istifadəyə veriləcək

Gəncə şəhərində tikilməsi nəzərdə tutulan yeni stadionun istifadəyə veriləcəyi tarix bəlli olub.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyinin tikəcəyi yeni arenanın 2025-ci ilə qədər tamamlanması nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərin başladığı da bildirilir.

Yaxın günlərdə Gəncə şəhər stadionunun sökülməsinə start veriləcək.

Xatırladaq ki, yeni tikiləcək arenanın azarkeş tutumunun 16 min olması gözlənilir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43