“Liverpul” Kostas Tsimikasın müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızlar” yeni müqavilənin müddətini açıqlamasa da, Fabritsio Romano 2027-ci ilə qədər olduğunu yazıb.
Tsimikas 2020-ci ildən bəri Mersisayd təmsilçisində çıxış edir. O, bu müddət 63 oyuna çıxıb qol vurmasa da, 12 məhsuldar ötürmə edib.

