“Bavariya”nın hücumçusu Tomas Müller komandadan ayrılmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu klubdakı mövqeyindən narazıdır. Baş məşqçi Tomas Tuxe də forvardı start heyətdə görmür.
Muller hazırkı məşqçisinin rəhbərliyi altında vəziyyətinin dəyişəcəyinə inanmır. Buna görə də 34 yaşlı forvard bu yay “Bavariya”dan ayrılacağını etiraf edir.
Müller bu mövsüm Bundesliqada 1 məhsuldar ötürmə edib.

