“Arsenal”ın hücumçusu Kay Haverts İspaniya klubunun oyunçusu ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, forvardla “Barselona” maraqlanır. Kataloniya klubunun rəhbərliyi hesab edir ki, almaniyalı komandasının hücum potensialını gücləndirə biləcək.
24 yaşlı futbolçu bu yay “Çelsi”dən “Arsenal”a keçib. Oyunçunun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Havrets İngiltərə çempionatında bu mövsüm 7 oyun keçirib və 1 qol vurub.

