26 İyul 2026
Ölkə futbolu

II Liqa: “Ağdaş” uduzdu, “Cəbrayıl”dan qələbə

Futbol üzrə Azərbaycan II Liqasında V tura start verilib.

İdmanxeber.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

“Cəbrayıl” “Kür-Araz”ı, “Baku Sportinq” “Lerik”i məğlub edib. “Ağdaş”ı üstələyən “Şəmkir” isə mövsümdə ilk qələbəsini qazanıb.

“Cəbrayıl” – “Kür-Araz” 1:0

Qol: Baxşəli Baxşəliyev, 32

“Şəmkir” – “Ağdaş” 3:2

Qollar: Elgün Namazov, 1, Tural Vəlizadə, 20 (pen), Ürfan Hüseynov, 44 – Zamiq Abubəkirov, 40, Xəzər Məmmədov, 66

“Lerik” – “Baku Sportinq” 0:2

Qollar: Röyal Nəcəfov, 32, Elgün Abbaslı, 78


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43