27 İyul 2026
Dünya futbolu

“Hakken” – “Qarabağ” oyununun hakimləri açıqlandı

 “Hakken” – “Qarabağ” komandaları arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43