27 İyul 2026
Ölkə futbolu

Hakimi təhqir edən “Sabah”ın futbolçusu cəzalandı

AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusu  Boyan Letiçi cəzalandırıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun Misli Premyer Liqasının 8-ci turunda “Səbail”ə qarşı matçda hakimi təhqir etməsi səbəb olub. Bu hərəkətinə görə qırmzı vərəqə alan oyunçu  2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

 AFFA İntizam Komitəsi  “Araz-Naxçıvan”ın futbolçusu  İqor Ribeyronu Misli Premyer Liqasının 8-ci turunda “Zirə”yə qarşı matçda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalandırılıb.  “Araz-Naxçıvan” isə 500 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43