27 İyul 2026
Dünya futbolu

Emre Super Liqa klubuna baş məşqçi keçir

“Ankaragücü”nün yeni baş məşqçisi Emre Belezoğlu olacaq.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi ötən həftəsonu keçirilən “Qalatasaray”la oyundan sonra Tolunay Kafkasla yollarını ayırıb.

Kafkas 7 tur sonra Super Liqada vəzifəsini itirən 6-cı məşqçi olub.

Mövsümə “Başakşəhər”də başlayan Emre isə ilk 3 oyunu uduzduqdan sonra müqaviləsinə xitam verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43