04 İyun 2026
Ölkə futbolu

Qara bu görüntülərə görə milliyə çağırılmayıb – De Byazi açıqladı+Video

Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi 2022-ci ildə Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla matçlara “Neftçi”nin futbolçusu Qara Qarayevi niyə dəvət etmədiyini açıqlayıb.

İtaliyalı mütəxəssis təcrübəli oyunçu ilə arasında yaranan gərginliyin niyə yarandığına aydınlıq gətirib. 

O bildirib ki, Qara Qarayev Bakıda Belarusiya üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib. 

De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də bizə təqdim edib. Təcrübəli məşqçi həmçinin qeyd edib ki, Qara Qarayev yığmaya niyə dəvət almadığını özü də bilir.(qafqazinfo.az) 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43