“Mançester Yunayted” “Fənərbağça”nın yarımmüdafiəçisi Sebastyan Şimanski ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “Qırmızı şeytanlar” qış transfer pəncərəsində 24 yaşlı polşalını almağa cəhd edə bilər. Şimanski bu yaydan “Fənərbağça”da çıxış edir.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 22 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.

