21 Sentyabr 2024
Dünyadan

“İkinci qolu biz vurmalı idik” – Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” səfərdə “Molde” ilə qarşılaşıb və heç-heçə edib – 2:2.

İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Oyunun gedişatına baxanda çox uğurlu nəticə oldu. Daha yaxşı nəticə gözləyirdim. Lakin hava şəraiti, süni meydança leyhimizə işləyən amillərdən idi. Vacib bir xal qazandıq. Sona bir oyunumuz qaldı. Bakıdakı oyunda daha diqqətli olmaliyıq. Arxayınlaşmaq olmaz. Futbolçularıma təşəkkür edirəm.

– Düşünmürsüzmü ki məcburi əvəzetmələr olmasaydı, oyunu qalib də bitirmək olardı?

Bu komanda çox keyfiyyətli komandadı. Öz oyun sostemini, fəlsəfəsini meydanda yaxşî icra edirlər. İlk hissənin son 15 dəqiqəsində düzgün oynamadıq. İkinci qolu biz vurmalı idik, lakin rəqib öz imkanlarından düzgün istifadə etdi. 

– 90+5-ci dəqiqəsində vurulan bu qol yeni tarixin başlanğıcı ola bilərmi?

Son dəqiqədə vurulan qollar həmişə önəmli olub. “Bayer”lə Bakıdakı oyunda son dəqiqələrdə buraxılan qol futbolçularıma ço pis təsir etmişdi. Bu gün son dəqiaərdə vurduğumuz qol bizim böyüməyimizə kömək edə bilər.

– Bəhlul Mustafazadə son dəqiqədə hücuma keçdi, Patrik Andrade onun yerinə. Öncədən planlaşdırılmış bir şey idi?

– Bakıda da belə oyunlar olmuşdu, hətta Kevin və Bəhlul sonda riskə getmişdi. Oyun anında Bəhlulun önə getdi, künc zərbəsindən sonra orada qaldı. Toral Bayramova dedim ki, Bəhlul yerinə qayıtsın ki, 2:1 hesabını qoruyaq, riskə getməyək, Patrik daha öndə olsun. Top orada qaldı, korner oldu, Bəhlul da bundan istifadə etdi. Qarşıda da belə hallar olsa, bu addımları atacağıq.

– Azərbaycan futbolu üçün yeni tarix yazmağın bir addımlığındasız. Bununla bağlı nə deyəcəksiz?

– Mənə inanın, bunu çox dərindən düşünməli deyilik. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. “Hekken”in qələbəsi yoxdur, uduzub bütün oyunları. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcək. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Çox aqressiv, istəkli olsaq, bizə maneçilik törədək. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik. Qarşıdakı çempionat oyunlarına hazırlaşacağıq. Həmin matça qədər bir neçə günümüz olacaq. “Hekken”in oyununa baxdıqdan sonra komandanı soyuqqanlı şəkildə oyuna hazırlamağa çalışacağıq.

– Bu matçı məşqçilik karyerazında ən çətin və ən həyəcanlı oyun hesab etmək olar?

– Deməzdim. Bugünkü durumuma baxsaq, daha həyəcanlı, gərgin oyunlarım çox olub. Bu gün bir o qədər həyəcan yox idi, hətta rahat idim. Dünən də demişdim ki, ola bilər minimal hesabla uduzaq və hər şey son oyuna qalsın. Bu gün belə oldu. Həyəcan yox idi. Fikrimdə o var idi ki, böyük şansa sahibik və qalib gəlsək, hər şey həll olunacaq, Olmayacaqsa, Bakıdaklı matça hazırlaşacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43