20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ı şoka salan xəbər: “3 ay olmayacaq”

“Qarabağ”ın futbolçusu Kevin Medinanın zədəsi ciddidi. 

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İdmanxeber.az-a açıqlamasında bildirib ki, “Molde” ilə oyunda zədələnən müdafiəçi 3 ay yaşıl meydanlardan kənar qalacaq:

“Medinanın sağ budundakı tendom vətərində qopma var. MRT-dən keçib, müayinənin cavabları çıxıb. Həkimlərin ilkin dəyərləndirməsinə görə, 3 aylıq sıradan çıxıb. Əməliyyat olunacaq. Yaşıl meydanlara nə vaxt qayıdacağı əməliyyatdan sonra bilinəcək”,

Bu o deməkdir ki, Kevin komandanın “Hakken” və ondan sonrakı avrojubok matçında komandaya kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43