20 Sentyabr 2024
Dünya futbolu

“Bu, çox əladır” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 15-ci turunun matçında “Qranada” üzərində qələbədən (2:0) danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Madrid klubunun çıxışını müsbət qiymətləndirib:

“Valverde çox yaxşı oynayır. Onun hansı mövqedə daha üstün oynadığını söyləmək çətindir. Kroosun pis ötürmələri yoxdur, həmişə ən yaxşı həll yolunu seçir. Qorxmur və həmişə sahəni düzgün idarə edir. 

Rodriqo ən yaxşı formasına qayıdır və çoxlu qollar vurur. Bu gün o, hər şeyi verdi. O, təkcə sol cinahdan deyil, həm də mərkəzdən qol vurur. Bu, çox əladı”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43