“Napoli” ilə müqaviləsi gələn ilin yayında bitəcək Pyotr Zelinski klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, “İnter”in CEO-su Beppe Marotta polşalı yarımmüdafiəçi haqqında fikirləşini bölüşüb:
“Onun iyunda müqaviləsi bitir, biz bunu bilirik. “Napoli” onunla yeni sözləşmə imzalamaq istəyir. Biz də oyunçuları araşdırırıq, lakin indiki mərhələdə danışıqlara başlamağın vaxtı deyil”.
Zelinski bu mövsüm 19 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.