“Liverpul” “Leyptsiq”in forvardı Loi Openda ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı forvard bu yay “Lans”dan Almaniya klubuna transfer olunub.
Openda bu mövsüm Bundesliqada 13 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında isə 5 oyunda 4 dəfə fərqlənməyi bacarıb.
Transfermarkt portalına görə oyunçunun dəyəri 45 milyon avrodur.