“Nyukasl” “Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu 33 yaşlı ispaniyalını çiynindəki zədə səbəbindən 4-5 aya buraxacaq qapıçı Nik Popun əvəzləyicisi kimi görür.
De Xea 2011-ci ilin iyul ayından “Mançester Yunayted”də çıxış edir. 2022/23 mövsümündə futbolçu komandanın heyətində 58 oyun keçirib və 61 qol buraxaraq, 25 matçda qapısını təmiz saxlayıb.
33 yaşlı ispaniyalı 2023-cü ilin iyulunda azad agent olub və hələ də özünə yeni klub tapmayıb.