Türkiyə I Liqası təmsilçisi “Ümraniyespor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev turun rəmzi heyətinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu son turda “Kocaelispor”a qarşı fərqlənməyi bacarıb. Diniyev “Ümraniyespor”un 3:0 hesabı ilə qalib gəldiyi matça start heyətdə başlayıb.
Bu performansından sonra millimizin üzvü turun rəmzi heyətində yer alıb.