“Barselona”nın mətbuat xidməti komandanın qapıçısı Mark-Andre ter Ştegenin əməliyyat olunması ilə bağlı açıqlama yayıb.
İdmanxeber.az-ın məlumatına görə, açıqlamada bildirilir:
“Ter Stegen belindəki problemlərə görə uğurla müalicə olunub. Oyunçunun tam hazır olması sağalma tempindən asılı olacaq”.
Ağrı səbəbindən qapıçı “Barselona”nın son 3 matçını buraxıb. Ter Stegen bu mövsüm bütün turnirlərdə klub üçün 17 oyun keçirib və 15 qol buraxıb. Onun 8 təmiz vərəqi var.