18 Oktyabr 2024
Dünya futbolu

Suares “Real”ın aldığı oyunçudan danışdı: “Barsa”ya getməyini istəyirdim”

Uruqvaylı hücumçusu Luis Suares Endriki yüksələn ulduz hesab edir.

İdmanxeber.az-ın məlumatına görə, “Palmeyras”ın və Braziliya millisinin 17 yaşlı oyunçusu artıq “Real”ın futbolçusudur. O, 2024-cü ilin yayında Madridə keçəcək. Suares bu transferi belə şərh edib:

“Əlbəttə, mən Endrikin “Barselona”ya getməsini istəyirdim. Amma futbolçu seçimini belə etdi. O, ulduzdur və hələ çox gəncdir, ilk addımlarını atır. Düşünürəm ki, onun bu il əldə etdiyi nailiyyətlər inanılmazdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43