Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor” Türkiyə Kubokunun 1/32 mərhələsində “Qalatasaray”la qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, oyun “sarı-qırmızılar”ın meydanında keçiriləcək. Bu mərhələdə “Fənərbağça” “Adanaspor”la, “Beşiktaş” isə “Eyüpspor”la üz-üzə gələcək.
Coşqun bu yay transfer olduğu “Ümraniyespor”da 16 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.