“Liverpul” “Volfsburq”lu Maksans Lakrua ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Matipin ciddi zədəsindən sonra Mersisayd klubu yeni müdafiəçi transfer etmək istəyir.
Lakrua 2020-ci ildən “Volfsburq”da çıxış edir. Fransalı müdafiəçi bu mövsüm 15 oyunda meydanda olub və 1 qol vurub.
Transfermarkt portalına görə oyunçunun dəyəri 17 milyon avrodur.