“Karvan” klubunun çıxış etdiyi Yevlax şəhər stadionunun qazonunda çalışmalar başlayacaq.
Qış fasiləsində meydançanın ideal vəziyyətə gətirilməsi üçün müəyyən işlər görüləcək. Artıq rəhbərlik bununla bağlı tapşırıqları verib.
Məsələ ilə bağlı klubun vitse-prezidenti Bəhruz Musayev İdmanxeber.az saytına açıqlama verib:
“Meydança qeyri-stabil hava şəraitinə görə bu vəziyyətə düşüb. Qış fasiləsində ot örtüyünə baxan mütəxəssislərə müraciət edəcəyik. Çalışacağıq ki, meydança ideal vəziyyətə gətirilsin”.
Xatırladaq ki, Azərbaycan I Liqasında çıxış edən “Karvan” hazırda 18 xalla 5-ci pillədə qərarlaşıb.