“Roma”nın baş məşqçisi Joze Mourinyo Roma klubunda qalmaq istədiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə təctübəli mütəxəssis özü açıqlama verib. Mütəxəssis qeyd edib ki, yeni müqavilə imzalanarkən rəhbərliklə maliyyə feyr-pleyinin məhdudlaşdırılması məsələlərini müzakirə edib.
“Mən “Roma”da işləməyə davam etmək istəyirəm. Amma biz maliyyə feyr-pley məhdudiyyətləri barədə ciddi düşünməli olacağıq”.
Məşqçi hesab edir ki, gənc futbolçularla işləmək, onlara müəyyən şans vermək daha yaxşıdır.
Mütəxəssis 2021-ci ilin yayında komandaya rəhbərlik edib. Məşqçinin “Roma” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi hesablanıb. Onun rəhbərliyi altında komanda 2021/22 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.