“Mançester Siti” “River Pleyt”dən 17 yaşlı yarımmüdafiəçi Klaudio Eçeverrini transfer etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli klubu futbolçu üçün 21,4 milyon funt-sterlinq (təxminən 25 milyon avro) sərbəst qalma məbləği ödəmək və Eçeverrini “River Pleyt”də icarəyə vermək niyyətindədir.
Gənc oyunçu 2023-cü il Cənubi Amerika U-17 Çempionatının bombardiri olub. Həmin turnirdə Yaponiya və Venesuela ilə matçlarda qol vurub, həmçinin Braziliya ilə 1/4 final matçında het-trik edib.