Yunanıstan klubu “Panatinaikos”un yeni baş məşqçi bəlli olur.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afina təmsilçisi Fatih Terimlə anlaşmaq üzrədir. Təcrübəli mütəxəssis sabah müqavilə bağlamaq üçün Yunanıstana yollanır.
Xatırladaq ki, Terim son olaraq “Qalatasaray”ın başında olub.