27 Dekabr 2024
Ölkə futbolu

Mahir Emreli: “Lukaku danışa-danışa millimizə qol vurdu”

Azərbaycan millisinin üzvü Mahir Emreli “CBC Sport”da yayımlanan “START” verilişinin qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, “Dinamo”da çıxış edən futbolçu yığma komandamızın AVRO-2024 seçmə məhələdəki Belçika məğlubiyyətinə toxunub. O, həmin görüşlə bağlı maraqlı açıqlama verib:

“Lukaku 90 dəqiqə susmadı. Durmadan futbolçularla danışırdı. Elə 3-cü qolu danışa-danışa vurdu. Davamlı komanda yoldaşlarına “sən ora get, sən bura get” deyirdi. Sözlə hücum qururdu. Bizdə sonuncu dəfə Rəşad Sadıqovu görmüşəm belə. 

İndi Şahruddin də danışır. İrad bildirir, nəsə deyir. Amma sırf oyunu meydanda Rəşad kimi oxuyan yoxdur. Bu, böyük çatışmazlıqdır”.

Xatırladaq ki, Belçika millimizi 5:0  hesabı ilə məğlub edib. Qollardan üçünü Lukaku vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43