18 Oktyabr 2024
Dünya futbolu

2023-cü ilin bombardiri açıqlandı – Keyn və Mbappe ikinci oldu

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin bombardiri olub.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu cari ildə 53-cü qolunu Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-İttihad”a qarşı oyunda (5:2) vurub.

Ronaldo bombardirlər siyahısında Harri Keyni (“Bavariya”) və Kilian Mbappeni (PSJ) geridə qoyub. Hər iki futbolçunun aktivində 52 qol var.

Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Bu mövsüm forvard “Əl-Nəsr”in heyətində 24 oyun keçirib, 23 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43